Dünən Suriyanın Homs şəhərində hökumət əleyhinə vuruşan qüvvələrin minomyot qurğularından açdıqları atəş nəticəsində telemərkəz binası ciddi zədələnib. Bu barədə SİA İtar-tass agentliyinə istinadən xəbər verir. "Əl-İxbariyyə" kanalı telemərkəz əməkdaşları arasında yaralananların olduğu barədə məlumat yayıb. Atılan mərmilərdən biri qaçqınların məskunlaşdığı Dabalan məhəlləsi yaxınlığında yerləşən məktəbin ərazisində partlayıb. Nəticədə 3 nəfər həlak olub. Xəsarət alanların olduğu deyilir.
Xatırladaq ki, Suriyanın ən böyük sənaye mərkəzlərindən sayılan Homs şəhəri Dəməşqdən 165 km şimalda yerləşir. Şəhərin silahlı birləşmələrdən təmizlənməsi məqsədilə iyulun birindən antiterror əməliyyatları keçirilir. Əməliyyat iştirakçıları hazırda şəhərin yalnız iki hissəsində - sünnilərin yaşadığı Xalidiyyə binasında və ən qədim məhəllələrdən birində terrorçuların müqaviməti ilə rastlaşdıqlarını, onların da yaxın günlərdə tamamilə məhv ediləcəyini bildiriblər.
Əkbərov Cavid
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB