Misirdə andiçmə mərasimi keçirilib

Misirdə andiçmə mərasimi keçirilib

Dünən Qahirənin Əl-İttihadiyyə sarayında Misirin yeni təyin olunmuş hökumət başçısı Xazem əl-Bablayi və yeni kabinetin tərkibinə daxil olan hökumət üzvlərinin prezidenti Ədli Mənsur qarşısında andiçmə mərasimi keçirilib.

SİA-nın İnterfaks agentliyinə istinadən verdiyi xəbərə görə, Xazem əl-Bableyi baş nazir postuna təyin olunduqdan sonra 1 həftə ərzində yeni hökumətin formalaşdırılması məqsədilə məsləhətləşmələr aparıb və yekunda kabinetin 35 nazir və 3 baş nazir müavini postundan ibarət tərkibdə təşkil olunması qərara alınıb.

Cavid Əkbərov

Bütün xəbərlər Facebook səhifəmizdə