Suriyada Bəşər Əsəd qüvvələri ölkə miqyasında əməliyyatlar aparıb. SİA-nın Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, havadan və qurudan aparılan əməliyyatlar nəticəsində paytaxt Dəməşqdə 31, İdlibdə 18, Həmada 10, Hələbdə 7, Dərada 4, Humusda 2, Deyruz Zor və Tartusda 1 nəfər olmaqla 74 nəfərin öldüyü bildirilir. Əməliyyatlar nəticəsində çoxlu sayda ev zərər çəkib və ya tamamilə dağıdılıb. Hazırda Dəməşqin küçələrində Əsəd qüvvələri ilə müxalif qüvvələri arasında şiddətli toqquşmaların getdiyi xəbər verilir. Suriyanın rəsmi xəbər agentliyi Səna təhlükəsizlik qüvvələrinin apardığı əməliyyatlar nəticəsində çoxlu sayda silahlı qrupu zərərsizləşdirildiyini bildirib.
Cavid Əkbərov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB