Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İsrail aviasiyasının Türkiyə bazalarından istifadə etməsi və Türkiyə hərbi hava qüvvələri ilə birgə Suriya ərazilərini bombalaması barədə KİV-də yayılmış informasiyaları təkzib edib. SİA-nın Ria-Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Ə.Davudoğlu həmin informasiyaların özündə heç bir həqiqəti əks etdirmədiyini, Türkiyə və İsrail arasında bu cür danışıqların heç vaxt aparılmadığını və Suriyaya qarşı birgə hücumların təşkili barədə heç bir anlaşma olmadığını bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl də KİV-də bu mövzu ilə bağlı məlumatlar yayılsa da, Böyük Britaniyanın Sunday Times qəzeti atəşin Türkiyə bazalarından yox, məhz İsrailə məxsus sualtı qayıqlardan açıldığı barədə məqalə dərc edib. İsrailin baş naziri faktı şərh etməkdən imtina edib.
Əkbərov Cavid
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB