Qahirənin əsas küçə və yolları bağlandı

Qahirənin əsas küçə və yolları bağlandı

Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin tərəfdarları ilə polis arasında baş verən toqquşmalarda 1 nəfər ölüb, 100-dən artıq insan yaralanıb. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, on minlərlə Mursi tərəfdarı çərşənbə axşamına keçən gecə Qahirənin əsas yollarını bağlayıblar.

6 oktyabr estakadasında islamçıların polislə toqquşması hələ də davam edir. Polis etirazçıların dağıdılması üçün gözyaşardıcı qazdan istifadə edib. Mursi tərəfdarları həmçinin dairəvi yolu da bağlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə