İraqın Kərkük şəhərinin cənubundakı Huzeyrə məhəlləsində terror aktı törədilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, kafedə yerləşdirilən bombanın partladılması nəticəsində 38 nəfər ölüb, 30 nəfər yaralanıb. Yaralıların bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir. Polislər hadisə yerində çəkiliş aparmaq istəyən çoxlu sayda jurnalisti nəzarətə götürüb.
Xatırladaq ki, bu gün İraqın müxtəlif şəhərlərində törədilən terror aktları nəticəsində daha 29 nəfər ölüb, 69 nəfər yaralanıb.
Cavid Əkbərov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB