ABŞ hərbi bazası 1 il sonra Qırğızıstanı tərk edəcək

ABŞ hərbi bazası 1 il sonra Qırğızıstanı tərk edəcək

Qırğızıstanda 2001-ci ildən bəri Bişkek Manas hava limanında fəaliyyət göstərən və uzun müddət ərzində gündəmdə olan ABŞ hərbi bazasının ərazini tərk etmə vaxtı müəyyən olunub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ-ın hərbi bazasının 11 İyul 2014-cü il tarixində ərazidən gedəcəyi gözlənilir.

Qırğızıstan xarici işlər nazirinin müavini Ernes Otorbayevin sözlərinə görə, Bişkekə sonuncu dəfə gələn ABŞ heyətiylə ərazinin boşaldılmasına dair geniş müzakirələr olub. Nazir müavini müzakirələr zamanı ərazinin boşaldılma tarixinin dəqiq olduğunu, ABŞ hərbi bazasının 11 İyul 2014-cü ildə bağlanılacağını deyib.

Qeyd edək ki, sözügedən qanun 2009-cu ildə 20 İyun tarixində Qırğızıstan Cokurgu Keneş (Ali Məclis) tərəfindən ləğv edilmişdi, lakin danışıqlardan sonra prezident Almazbek Atambayev tərəfindən qəbul edilərək yenidən qüvvəyə minmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə