Suriyada Əsəd rejiminin müxaliflərə qarşı ağır silahlarla təşkil etdiyi hücumlarda çox sayda ölənlər var. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Suriya İnsan Hüququları Təşkilatı (SNHR) bildirib ki, son 6 gündə əməliyyatlar nəticəsində paytaxt Şamda 23, İdlibdə 9, Humusda və Hələbdə 6, Derada, Deyruzda və Həmada 2 nəfər olmaqla ümumilikdə 52 nəfər həlak olub.
Suriya Yerli Koordinasiya Komitəsinin mətbuat xidmətinin səlahiyyətlisi Rabi Salan jurnalistlərə açıqlamasında Şamda onlarla evin dağıdıldığını, çox sayda ölənlərin və yaralananların olduğunu deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB