Nazir öz vəzifəsindən istefa verdi

Nazir öz vəzifəsindən istefa verdi

ABŞ-ın daxili təhlükəsizlik naziri Canet Napolitano öz vəzifəsindən istefa verib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, o, Kaliforniya universitetinin rektoru vəzifəsinə keçib. Napolitano bəyanat yayaraq universitetin prezidenti vəzifəsinə təyin edildiyini bildirib.

Nazir Daxili Təhlükəsizlik Nazirliyinə başçılıq etmək kimi bir fürsət verdiyinə görə ABŞ prezidenti Barak Obamaya təşəkkürünü bildirib.

Qeyd edək ki, Arizona ştatının sabiq qubernatoru Napolitano 2009-cu ildən bu vəzifədə çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə