XİN başçısının Türkiyəyə sürpriz səfəri

XİN başçısının Türkiyəyə sürpriz səfəri

Orta Şərq ölkələrində gərginliyin davam etdiyi bir vaxtda İranın xarici işlər naziri Əli Əkbər Salehinin Türkiyəyə gözlənilməyən səfəri baş tutub. SİA-nın xəbərinə görə, paytaxt Ankarada Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşən Salehi Suriyada baş verən vətəndaş müharibəsindən və Misirdə yaşanan qarşıdurmadan narahat olduğunu bildirib.

Diplomatik qaynaqlar Salehi və Davudoğlunun sözügedən məsələlərin həllində iştirakçı tərəf olmağı qarşılarına məqsəd qoyduqlarını açıqlayıb. Qaynaqların məlumatına görə, həm İran, həm də Türkiyə Orta Şərq ölkələrində baş verən hadisələrin tezliklə sona çatmasının tərəfdarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə