Çində yayılan yeni növ quş qripi 43 nəfərin ölümü ilə nəticələnib. SİA-nın məlumatına görə, eyni zamanda paytaxt Pekində 132 nəfərdə H7N9 virusu aşkarlanıb. Çin Milli Sağlamlıq və Ailə Planlaşdırma Komissiyası ölkə daxilində bu virusdan əziyyət çəkən 85 nəfərin müalicə edilərək tam sağaldığını, digərlərinin isə müalicəsinin davam etdiyini bildirib. Komissiya virusun 10 əyalət və 40 şəhərdə yayılmaq ehtimalının olduğunu, ən son xəstənin isə ötən ayın 25-də qeydiyyatdan keçdiyini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB