Misir XİN: "Türkiyə daxili işlərimizə qarışmasın!"

Misir XİN: "Türkiyə daxili işlərimizə qarışmasın!"

Türkiyənin hərbi zərbəni pisləməsi qərarına Misirdən sərt reaksiya gəlib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyənin Qahirədəki səfiri Hüseyn Avni Botsalı Misir Xarici İşlər Nazirliyinə çağırılıb. XİN rəsmiləri onun ölkəsini Misirin daxili işlərinə qarışmaqda günahlandırıb.

Qeyd edək ki, bir neçə gün öncə Türkiyə tərəfi Misirdəki hərbi müdaxiləni "zərbə" olaraq xarakterizə edərək, beynəlxalq ictimaiyyəti hadisələrə reaksiya verməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə