Qazaxıstan 2020-ci ilədək sutkada 2,2 milyon barrel neft ixracatı səviyyəsinə çata bilər
Qazaxıstan milli neft şirkəti "KazMunayQaz" Avropaya iri biznes-ekspansiyanı həyata keçirmək niyyətindədir.
"KazMunayQaz" Avropa regionunda benzinin pərakəndə satışlar bazarında payını artırmaq istəyir. Şirkət Ukrayna və Türkiyə bazarlarına daxil olmaq istəyir və bu ölkələrdə yanacaqdoldurma stansiyaları şəbəkələrini, idxal terminallarını və paylama məntəqələrini diqqətlə gözdən keçirir.
Qazaxıstanın milli şirkəti 2020-ci ilədək neft ehtiyatlarını praktiki olaraq ikiqat - 5,8 milyard barreldən 10,3 milyard barrelədək artırmaq niyyətindədir. Xüsusilə, buna 3 milyard ABŞ dolları dəyərində kəşfiyyat kampaniyasının köməyi ilə nail olunacaq. Bu, hazırkı onilliyin sonuna qədər neft hasilatının sutkada 420 min barreldən 700 min barrelədək artırılmasına gətirib çıxaracaq.
Qazaxıstan 2020-ci ilədək sutkada 2,2 milyon barrel neft ixracatı səviyyəsinə çata bilər. Bu neftin sutkada 400 min barrelə qədəri Çinə, qalanı isə əsasən Avropaya, xüsusilə, Qara dəniz hövzəsi bazarlarına göndəriləcək.
İxrac olunan neftin böyük hissəsini şirkətin Rumıniyadakı müəssisələrində emal edilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB