Yaponiyada günvurma nəticəsində 2594 nəfər xəstəxanalara müraciət edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, müraciət edənlərdən 3 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Digər 58 nəfərin vəziyyəti qənaətbəxş olmadığından, onların xəstəxana şəraitində müalicə olunmasının zəruruliyi bildirilib. Xəstəxanaya müraciət edənlərin əksəriyyətinin 65 yaşdan yuxarı olduğu deyilir.
Qeyd edək ki, paytaxt Tokioda havanın temperaturunun 35 dərəcə olmasına baxmayaraq, ərazidə rütubətin çox olduğundan günvurmalar əhalini daha çox narahat edir. Sözügedən narahatçılığın qarşısını almaq üçün yerli mütəxəssislər əhaliyə çoxlu su içmələyi məsləhət görüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB