Otel çökdü: 10 ölü, 12 yaralı

Otel çökdü: 10 ölü, 12 yaralı

Hindistanda 2 mərtəbəli otelin çökməsi nəticəsində 10 nəfərin öldüyü bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, səlahiyyətlilər Andra Pradeş əyalətinin paytaxtı Heydərabad şəhərində "City Light" otelinin bu gün səhər saatlarda naməlum səbəblərdən çökdüyünü deyib.

Binanın köhnə və baxımsız olduğunu diqqətə çatdıran axtarış xilasetmə qrupları dağıntılar altından 20 nəfərin xilas olunduğunu, 12 yaralının xəstəxanalara aparıldığını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə