Misirdəki hərbi çevrilişə aid ŞOK KARİKATURA

Peter D. Brukes Misirdəki hadisələri ən yaxşı şəkildə əks etdirən karikaturaçı adlandırılıb
Misirdəki hərbi çevrilişə aid ŞOK KARİKATURA

Misirdə canlı yayımda, dünyanın gözləri qarşısında edilən hərbi çevriliş dünya gündəmində qalmağa davam edir. Xarici mətbuata istinadən verilən məlumata görə, son olaraq Misirdəki vəziyyətin iç üzünü açıb göstərən karikatura yayılıb.

Karikaturaçı Peter D. Brukesin hazırladığı karikaturada xalqın 52%-inin səsini toplayaraq prezident seçilən Məhəmməd Mursinin hakimiyyətdən uzaqlaşdırılmasının altındakı məqsədlər öz əksini tapıb.

Karikaturanı sosial şəbəkələrdə paylaşan istifadəçilər Peter D. Brukesi Misirdəki hadisələri ən yaxşı şəkildə əks etdirən karikaturaçı adlandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə