Venesuelanın müdafiə naziri qadındır

Venesuelanın müdafiə naziri qadındır

Venesuela tarixində ilk dəfə bu ölkənin Müdafiə Nazirliyinə qadın rəhbərlik edəcək. Karmen Melendes ad-soyadlı bu qadının nazir təyin edilməsi barədə fərmanı Venesuela Respublikasının prezidenti Nikolas Maduro imzalayıb. Melendes bundan əvvəl prezident administrasiyasının rəhbəri olub.

Lakin hərb elmi 51 yaşlı Melendes üçün təzə sahə deyil. Keçən ilin iyul ayında o, Venesuela tarixində admiral rütbəsi almış ilk qadın olub. Ona admiral poqonunu indi dünyasını dəyişmiş prezident Uqo Çaves təqdim edib. O vaxt Venesuela lideri deyib: "Bizim ilk admiral qadına görə Venesuelanın bütün qadınlarını alqışa layiqdir".

Bütövlükdə Latın Amerikası ölkələri miqyasında Karmen Melendes bu yüksək vəzifəyə təyin edilmiş ilk qadın deyildir. Hazırda Nikaraqua, Paraqvay və Ekvadorda da müdafiə nazirliklərinə zərif cinsin nümayəndələri başçılıq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə