Səsvermədə iştirak etməməyə üstünlük verən almanların sayı üç dəfə artıb
"Passiv seçicilər ən güclü siyasi qüvvədir?", "Seçicilər məzuniyyəti seçirlər", "Seçicilərin passivliyi demokratiyanı laxlada bilər" – Almaniyanın Fridrix Ebert adına fondunun və hamburqlu sosioloq Horst Opaşovskinin son araşdırmalarında bu tipli fikirlərə tez-tez rast gəlmək olar. Həmin araşdırmalardan belə bəlli olur ki, Almaniyanın qarşıdakı parlament seçkilərindən heç bir yaxşı şey gözləməyinə dəyməz. Məsələn, elə həmin Opaşovskinin proqnozlarına görə, 2013-cü il sentyabrın 22-də "passiv seçicilər partiyası" qalib gələcək.
70-ci illərdən bəri səsvermədə iştirak etməməyə üstünlük verən almanların sayı üç dəfə artıb. Müqayisə üçün: 1973-cü ildə AFR-in səsvermə hüququna malik olan vətəndaşlarının 10 faizi bu hüquqdan istifadə etmədiyi halda 2009-cu ildə Bundestaqa sonuncu seçkilərdə seçicilərin təxminən 30 faizi bu cür hərəkət edib. Bəzi federal əyalətlərin parlamentlərinə və bələdiyyə şuralarına yaxın vaxtlarda keçirilmiş seçkiləri rədd etmiş almanların sayı daha çox olub. Hamburq, Bremen, Şimali Reyn-Vestfaliya və Meklenburq-Ön Pomeraniyada seçicilərin 40 faizdən çoxu, Şlezviq–Qolşteyndə isə seçicilərin yarıdan çoxu səsvermə məntəqələrinə getməyib.
Almaniyalı müşahidəçilərin fikrincə, seçkilərdə iştirak edənlərin sayının az olması demokratiyanı addım-addım laxlada bilər. "Alman dalğası" Fondunun empirik araşdırmalar üzrə rəhbəri Ebert Ditmar Moldhagenin sözlərini sitat gətirir. Moldhagen əmindir ki, populist partiyalar ümidsizliyə qapılmış seçicilərin səslərini qazana bilər. O deyir: "Hazırda Avropa İttifaqının üzvü olan digər ölkələrdə baş verən hadisələrə əsasən deyə bilərik ki, onlar buna qismən nail olmuşlar".
Lakin bu fikirlə razılaşmayanlar da var. Çoxları belə bir təhlükə hiss etmir. Bu gün insanlar özlərini həddən artıq kortəbii aparır, yuxarıda adını çəkdiyimiz Opaşovskinin fikrincə, insanlar öz siyasi istəklərini dəqiqləşdirməyə çalışmır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB