Ermənilər Moldovanın parlament vəkilini hədələməyə davam edir və onu ölkədən buraxmırlar

Ermənilər Moldovanın parlament vəkilini hədələməyə davam edir və onu ölkədən buraxmırlar

Ermənistanın hakimiyyət orqanları Moldovanın parlament vəkili (ombudsman) Aureliya Qriqoriunun üzr istəməsində israr edir və onu ölümlə hədələyirlər.

A.Qriqoriu Ermənistanda akkreditə olunmuş diplomatik missiyaların birinə məxsus avtomobildə sərhədə qədər gəlmişdir. Lakin avtomobili sərhəddən o tərəfə buraxmayıblar.

Ermənistanın hakimiyyət orqanları israrla A.Qriqoriunun Yerevana qayıtmasını, parlamentdəki çıxışına görə rəsmi şəkildə üzr istəməsini tələb edir və yalnız bu şərtlə onu ölkədən buraxacaqlarını bildirirlər.

Xatırladaq ki, A.Qriqoriu Ermənistan parlamentində çıxışında bildirib ki, Xocalı soyqırımı ermənilər tərəfindən törədilmişdir və bu fakt beynəlxalq birlik tərəfindən tanınıb. Bu çıxışından sonra onun ünvanına təhqir və təhdidlər səslənib.

Əvvəlcə öz reysinə çata bilməyən A.Qriqoriu həyatı üçün real təhlükə olduğuna görə Yerevan mehmanxanalarından birində gizlənmək məcburiyyətində qalıb. Nümayəndə heyətinin qalan üzvləri ölkəni tərk ediblər. Moldova ombudsmanını ölümlə hədələyən, hiddətlənmiş ermənilər tərəfindən mühasirəyə alınmış mehmanxanadan sözün əsl mənasında buraxmayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə