ABŞ-ın Geoloji Araşdırmalar Mərkəzi Sumatra adasındakı Bengkulu şəhərinin 195 kilometr şimal-qərbində 5,7 bal gücündə zəlzələ olduğunu açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, baş verən zəlzələnin episentrinin dərinliyi 23 kilometr olub. Zəlzələdə ölənlər və yaralananlar barədə hələ ki, heç bir məlumat verilməyib.
Qeyd edək ki, adıçəkilən adanın Açe bölgəsində 4 gün əvvəl 6,1 bal gücündə baş verən zəlzələdə 35 nəfər ölüb, 4 min 300-dən çox evə ziyan dəyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB