Ermənistanın Baş prokuroru: "Türkiyə Ermənistana aid olan kilsələri və işğal edilmiş əraziləri geri qaytarmalıdır"
Ermənistanın Baş prokuroru Ağva Ovsepyan, Türkiyədən torpaq tələbi iddiasını irəli sürüb. SİA-nın Türk mətbuatına istinadən verdiyi xəbərə görə, qondarma erməni soyqırımının 100 illiyinin qeyd edilməsinə hazırlıq prosesində çıxış edən baş prokuror: "Türkiyə Ermənistana aid olan kilsələri və işğal edilmiş əraziləri geri qaytarmalı, bu proseslərin hamısı qanuni şəkildə icra olunmalıdır", -deyib. O, daha sonra Azərbaycana dair də toraq iddiasının olduğunu əsassız şəkildə vurğulayaraq qeyd edib ki, Ermənistanın Türkiyə ilə yanaşı, Azərbaycanla da ərazi problemi var: "Düşünürəm ki, bunun həllini tapmaq üçün bütün hüquqi dəlillərə əsaslanaraq, yeni bir ərizə forması hazırlanmalıdır. Hazırlanacaq ərizə forması Birləşmiş Millətlər Təşkilatına (BMT) və Beynəlxalq məhkəmələrə təqdim edilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB