Sәyid Akbaruddin, vәziyyәtin narahatlıq yaratdığını, ölkәsinin ABŞ ilә mövzu haqda danışıqlar aparacağını bildirib.
Hindistanın reaksiyası

Bir çox ölkә ilә Vaşinqton arasındakı әlaqәlәrә mәnfi tәsir edәn Amerika kәşfiyyat idarəsinin mәxfi xәbәrlәri sızdırma rüsvayçılıağına Hindistanın reaksiyası maraqla qarşılanıb.

Hindistan, rüsvayçılıq ilk ortaya çıxdığı günlәrdә, belә bir prosesin qәbul edilmәz olduğunu bildirib. İndi isә mövzu haqda Amerikalı rәsmilәr ilә danışıqlar aparılacağını açıqlayıb.

Hindistan xarici işlәr nazirliyinin nümayәndәsi Sәyid Akbaruddin , vәziyyәtin narahatlıq yaratdığını, ölkәsinin ABŞ ilә mövzu haqda danışıqlar aparacağını bildirib.

Qeyd edәk ki, Amerika vә Hindistan arasında informasiya vә rabitә tәhlükәsizliyinә dair imzalanmış ortaq dialoq proqramı var.

Bütün xəbərlər Facebook səhifəmizdə