Hüsnü Mübarəkin dövründə 12 il zindanda yatmış Xeyrat əş-Şatirin artıq həbs olunduğu deyilir
Həbsi üçün order verildi

Misir prokurorluğu "Müsəlman Qardaşlar" hərəkatının lideri Məhəmməd Badi və onun müavini Xeyrat əş-Şatirin həbsi üçün order verib. KİV-də Xeyrat əş-Şatirin Xurqadda həbs olunduğu deyilir. Lakin hələ rəsmi təsdiq gəlməyib.

Qeyd edək ki, imkanlı biznesmen olan Xeyrat əş-Şatir hərəkatın aparıcı siyasətçilərindən olub. O, prezident seçkilərində əsas namizədlərdən biri idi. Hüsnü Mübarəkin hakimiyyəti dövründə Şatir 12 ilini həbsxanada keçirmişdi. Şatir əvvəlki illərdəki ittihamlarla əlaqədar prezident marafonunu yarımçıq qoymuşdu və onun Məhəmməd Mursi əvəzləmişdi.

Yeri gəlmişkən, Misirin yeni prezidenti Adli Mənsur "Müsəlman Qardaşlar"ın da xalqın bir hissəsi olduğunu və hərəkatın nümayəndələrinin dövlət quruculuğunda iştirak edə biləcəklərini demişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə