Pan Ki Mun Mursiyə dəstək verdi

BMT baş katibi Pan Ki Mun Misirdə baş verənlərdən narahatdır
Pan Ki Mun Mursiyə dəstək verdi

BMT baş katibi Pan Ki Mun Misirdə baş verənlərdən narahatdır. Baş katib bir ölkədə ordunun dövlət işlərinə müdaxiləsinin narahatlıq doğurduğunu, Misirdə vətəndaş hakimiyyətinin bir an öncə gücləndiriliməsinin vacibliyini bildirib.

O, Misirdəki hadisələri yaxından izlədiklərini, Misir xalqının tələblətinə dəstək verəcəklərini deyib. Misirin keçid dövrünün həssas vəziyyətdə olduğunu bildirən Pan Ki Mun bu dönəmdə şiddətdən uzaq durmağı tövsiyyə edib.

Baş katib bütün misirlilərin istək ve narazılıqlarına ciddi şəkildə yanaşılmalı oluğunu, fikir ifadə, toplaşma kimi haqlarının nəzərə alınmalı olduğunu deyib.

BMT rəsmisi bütün dünyanın Misirdə bundan sonra atılacaq adımların sülhün qorunması, vətəndaşların problemlərinin öhdəsindən gəlmək və keçid dövründə ortaq maraqlar üçün birləşməyi arzu edib.

Bütün xəbərlər Facebook səhifəmizdə