Rusiya yeni silahını tanıtdı

Rusiya dəniz sərhədlərinin müdafiəsində istifadə etdiyi hər cür hədəfi məhv etmə qabiliyyətinə sahib olan "BAL-E" adlı müdafiə etmə sisteminin təqdimatını keçirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, təqdimat artıq 6-cı dəfədir ki, Rusiyanın Sankt-Petrburq şəhərində təşkil olunan Beynəlxalq Hərbi Dənizçilik Sərgisində baş tutub.

Təqdimat zamanı bildirilib ki, beynəlxalq ictimaiyyətə təqdim olunan sistem 130 kilometrlik məsafədən bütün hədəfləri vurma qabiliyyətinə malikdir və o, gecə-gündüz, pis hava şərtində belə hədəfini müvəffəqiyyətlə nişan alaraq məhv etməyi bacarır.

Rusiyanın yeni mərmi sistemlərinin marketinq və təqdimat direktoru Andrey Markov jurnalistlərin suallarını cavablandırarkən deyib ki, "BAL-E" sistemi hələ ki, xaricə idxal olunmayıb.

Qeyd edək ki, sistem Rusiya tərəfindən 2012-ci ilin fevral ayında Xəzər dənizinin şimal sahillərinə yerləşdirilib. Rəsmi Moskva bundan Amerika tərəfindən regiondakı ölkələr üçün yaranan təhlükə zamanı istifadə edəcəyini demişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə