ABŞ-da Rus casusluq şəbəkəsinin üzvü olduğu iddia edilən "qırmızı agent" ləqəbli Anna Chapman, CIA-nın keçmiş əməkdaşı Edward Snowdenə evlilik təklifi edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Chapman Twitterdəki səhifəsində "Snow, mənimlə evlənərsənmi?" başlıqlı yazı yazıb. Xarici mütəxəssislərin fikrincə, belə bir evliliyin baş tutduğu tədqirdə, onun tranzit bölgədən çıxışına imkan yaranar. Lakin onlar Snowdenin pasportu olmadığına görə, belə evliliyi mümkünsüz hesab edirlər.
Qeyd edək ki, dünyanın gündəmində olan Snowden 2 həftədir ki, Moskvanın Şeremetyovo hava limanında qalır. Rusiya Dövlət Başçısı Vladimir Putin, Edward Snowdenin 1 İyul tarixindən etibarən ABŞ-a zərər verməmək şərti ilə Rusiyada qala biləcəyini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB