ABŞ prezidenti Barak Obama və Almaniyanın baş naziri Angela Merkelin arasında telefon danışığı olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, onlar danışıq zamanı casusluq böhranını geniş təhlil ediblər.
Ağ Evdən verilən açıqlamaya görə, Merkel eyni zamanda Obamaya Arizonada baş verən yanğında 19 xilasedicinin həyatını itirməsi ilə əlaqədar başsağlığı verib. Açıqlamada onların ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA) tərəfindən icra edildiyi iddia edilən izləmə əməliyyatına dair ən son xəbərləri mülahizə etdikləri də bildirilir.
Müzakirə zamanı hər iki lider ABŞ ilə Aİ arasındakı Transatlantik Ticarət və İnvestisiya Tərəfdaşlığı müzakirələrinin aparılmasının zəruriliyini bildirərək, önümüzdəki həftədə başlayacaq danışıqların ilk turundan məmnun olduqlarını qeyd ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB