BMT-nin baş katibi Pan Gi Mun Misirdə ordunun rəhbərliyi ələ keçirməsi məsələsinə münasibət bildirərkən baş verən hadisələri izlədiyini və Misir xalqının tələblərinə dəstək verməyə davam edəcəyini deyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, baş katib Misirdə baş verəcək çevrilişin son mərhələdə olduğunu və bu dövrdə Misir xalqının hakimiyyətlə dialoq qurmasının vacibliyini diqqətə çatdırıb.
"Ordunun dövlət işlərinə hərbi müdaxiləsi xoşagəlməz haldır. Buna görə də, vətəndaşlar qısa müddətdə ölkə rəhbərliyini ələ almalı, qarşıdurmaya son verməlidir", -deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB