Kütləvi zorlama hadisəsinin video görüntüləri yayıldı

Hollandiyalı müxbir Qahirədə dəhşətli anlar yaşayıb
Kütləvi zorlama hadisəsinin video görüntüləri yayıldı

Ötən həftə Misirdə baş vermiş kütləvi zorlama hadisəsinin video görüntüləri yayılıb. "Hürriyet" qəzetinin xəbərinə görə, keçən cümə günü Misirin paytaxtı Qahirədəki Təhrir meydanında hollandiyalı qadın jurnalist Mursi əleyhdarı oaln bir qrup aksiyaçı tərəfindən zorlamaya məruz qalmışdı. Bu hadisədən sonra Qahirə xəstəxanasında müalicə olunan və əməliyyat keçirən zərərçəkmiş daha sonra ölkəsinə qayıtmışdı.

Bu gün baş vermiş hadisənin video görüntüləri yayılıb. Video-çarxda bir qrup aksiyaçı qadın müxbirin qollarından yapışaraq onu qapalı bir məkana sürükləyirlər. Bu vaxt qadın fəryad edərək qışqırsa da, ətrafda olan heç kim onun yalvarışarına əhəmiyyət vermir.

Bütün xəbərlər Facebook səhifəmizdə