Delfin Batonun tənqidinə Oland "istefa" ilə cavab verdi
Fransa Prezidenti Fransua Oland ətraf mühit naziri Delfin Batonu istefaya göndərib. "Euronews" kanalının məlumatına görə, hökumətin açıqlamasında xanım nazirin "qaydaları pozduğu" göstərilmişdir. Belə ki, Fransanın "RFİ" radiosuna açıqlamasında Delfin Bato nazirliyin büdcəsinin 7 faiz ixtisar olunmasını tənqid edib. Bundan dərhal sonra Baş nazir Jan-Mark Ero ondan izahat vermək tələb etmiş, 1 saat sonra isə D.Batonun vəzifədən azad edildiyi rəsmən açıqlanıb.
Hadisə "Yaşıllar partiyası"nın etirazına səbəb olub. Millət vəkili Jan Vinsen Plasenin fikrincə, hökumət ekoloji layihələrə mane olmaq, ətraf mühitlə bağlı çalışanları bu yoldan çəkindirmək istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB