Angela Merkelin təşkil etdiyi sammit siyasi şoudur

Angela Merkelin təşkil etdiyi sammit siyasi şoudur

Angela Merkelin Avropada işsizliklə bağlı keçirdiyi sammit regionda sərt qənaət tədbirlərinin nəticələrini ört-basdır etmək cəhdidir. Bu sözləri "Reuters" agentliyinə açıqlamasında Almaniyanın Sosial Demokratlar Partiyasının baş katibi Andrea Nales deyib.

A.Nalesin fikrincə, kansler artıq bir neçə "şou sammiti" keçirib, bunlar heç bir nəticə verməyib. A.Merkelin 49-cu sammitinin də bir faydası olacağı gözlənilmir.

A.Nales qeyd edib ki, işsizliyin qarşısını almağın ən yaxşı yolu Almaniya hökumətini dəyişməkdir. Məhz bu hökumət Avropa İttifaqını böhrandan çıxmaq üçün dövlət sektorunda xərcləri azaltmağa məcbur edir.

Qeyd edək ki, iyulun 3-ü 20-dən artıq Avropa İttifaqı ölkəsinin əmək nazirləri Berlin sammitində avrozonada işsizlik problemini müzakirə edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə