ASEAN ölkələrinin regional forumu çağır etdi

Koreya yarımadası nüvəsizləşdirilsin
ASEAN ölkələrinin regional forumu çağır etdi

ASEAN ölkələrinin xarici işlər nazirlərinin Bruneydə keçirilən regional forumu öz işinə Koreya yarımadasının nüvəsizləşdirilməsinə çağıran bəyanatla yekun vurub. Regional forumda ASEAN ölkələrinin xarici işlər nazirləri ilə yanaşı, Yaponiya, ABŞ və Koreya Xalq Demokratik Respublikasının (KXDR) xarici siyasət idarələrinin rəhbərləri də iştirak ediblər.

Forumun sədrinin bəyanatında KXDR-in nüvə sınaqlarını dayandırması və nüvə inkişafından imtina etməsi barədə BMT-nin qətnamələrində və altıtərəfli danışıqlarda irəli sürülmüş öhdəliklərə əməl etməsinə çağırış xüsusi yer alıb.

Bəyanatda forum iştirakçısı olmuş ölkələrin əksəriyyətinin Koreya yarımadasının nüvəsizləşdirilməsi ideyasını dəstəklədiyi qeyd edilib.

ASEAN-ın baş katibi Le Lıonq Min deyib ki, nümayəndələrin çoxunun rəyinə əsasən Koreya yarımadasında nüvə silahının ləğvi qarşıda duran prioritet vəzifə olmalıdır. Onun sözlərinə görə, KXDR regionda gərginliyin artmasının səbəbi kimi ABŞ-ın ona qarşı düşmən münasibətdə olmasını göstərir.

Vüqar Ağayev

Bütün xəbərlər Facebook səhifəmizdə