Misirdə yeni inqilab, ordu dövlət telekanalını ələ keçirdi
Misir silahlı qüvvələri tərəfindən prezidenti Məhəmməd Mursiyə verilən məlum ultimatumın vaxtına az qalmış ordu Misir dövlət televiziyasının Qahirə studiyasını ələ gecirib. Türkiyə mətbuatı xəbər verir ki, bu zaman canlı yayımda vəzifəsini yerinə yetirən TV personalı binanı tərk edib.
Qeyd edək ki, Misir prezidenti Məhəmməd Mursi ordunun proseslərə müdaxilə edəcəyi təqdirdə, geri addım atmayacağını açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB