Gürcüstan rəhbərliyi İrana qarşı tətbiq olunan "Vizasız səyahət" rejimini ləğv etdiyini bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, xarici işlər nazirliyinin spikeri İrakli Vekua, 1 İyul tarixindən etibarən İran vətəndaşlarına qarşı vizasız sərhədə daxil olma rejimini aradan qaldırıb. Qərarı təəccüblə qarşılayan İran hökuməti isə bu vəziyyətin onlar tərəfindən qəbuledilməz olduğunu bildirib.
Qeyd edək ki, son zamanlarda Gürcüstan banklarında hesabı olan 150 iranlının hesabı dondurulub. 2011-ci ildən bəri tətbiq edilən vizasız keçid rejiminin aradan qaldırılmasında ABŞ-ın əli olduğu bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB