İngiltərənin televiziya kanalı "Channel 4"-də ramazan ayı boyunca sabah əzanı canlı yayımlanacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, kanal ramazanın ilk günlərindən etibarən gün ərzində 4 dəfə tamaşaçılara namaz saatlarını xatırladacaq. Eyni zamanda səhər azanının canlı yayımlanmasından öncə, ramazanla əlaqədar olaraq 2-3 dəqiqəlik qısa film nümayiş olunacaq. Kanalın irəli sürdüyü qərar, İngiltərədə yaşayan müsəlmanları məmnun edib. İngiltərə Müsəlman Şurası "Channel 4"-ün ramazan boyunca azanı canlı yayımlamasını, ölkədə yaşayan müsəlmanlara hörmət əlaməti olaraq qəbul edib. Nəzərdə tutulmuş proqrama Ralph Leenin aparıcılıq edəcək.
Qeyd edək ki, 2011-ci ilin son statistik nəticələrinə əsasən İngiltərədə təxminən 3 milyon müsəlman yaşayır.
.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB