Aİ vətəndaşı olmayanlara yeni qanun!

Aİ vətəndaşı olmayanlara yeni qanun!

İngiltərədə Aİ vətəndaşı olmayanlar, ölkənin Milli Sağlamlıq Sistemindən (NHS) ödənişsiz yararlana bilməyəcəklər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, səhiyyə naziri Ceremi Hunt irəli sürülən qərarla əlaqədar çıxış edib. Nazir qərarın qəbul edilməsində əsas məqsədi açıqlayıb: "Məqsədimiz səhiyyə sistemindən sui-istifadə hallarının qarşısını almaqdır".

Qanuna görə, Aİ vətəndaşları olmayan tələbələr sağlamlıq xidməti xərclərini viza ödənişi ilə birlikdə ödəyəcəklər. İngiltərədə 6 aydan çox yaşayan, eyni zamanda Aİ vətəndaşı olmayan şəxslərdən sağlamlıq xidmətinə görə, il ərzində 200 funt sterlinq (təxminən 600 AZN) alınması planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə