Fransanın Milli Cəbhə (FN) partiyasının lideri Marine Le Pen namaz qılan müsəlmanları təhqir edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, partiya lideri küçələrdə namaz qılmaq üçün toplaşan müsəlmanların İkinci Dünya Müharibəsi zamanı Parisi işğal edən Nazı əsgərlərinə bənzədib. Buna görə də, o Avropa Parlamentində səs çoxluğu ilə toxunulmazlıq hüququndan məhrum edilib.
Qeyd edək ki, Marine Le Peni 2010-cu ildə çıxışlarının birində "irqçiliyi qızışdıran ifadələrdən istifadə etdiyinə" görə 1 il həbs cəzası gözləyir. Bununla yanaşı liderin həbs olunacağı tədqirdə 45 min avro məbləğində cərimə ödəyəcəyi də verilən xəbərlər arasındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB