Avropada işsizlik səviyyəsi artıb. Açıqlanan son məlumatlara görə, 12,1 faiz işsizliyin qeydə alındığı İspaniya bu sahədə lider olan Yunanıstanı geridə qoyub. Avro bölgəsində mayda işsizlik səviyyəsi 12,1 faiz, işsizlərin sayı isə 19 milyon 220 minə yüksəlib.
Avropa Birliyinin daxilində son bir ildə 1 milyon 300 min insan işsiz qalıb. Həmçinin qurum üzvü olan ölkələrdə gənc işsizlər də üstünlük təşkil etməyə başlayıb.
Burda həmin kateqoriyadan olan işsizlərin sayı 5 milyon 500 mini keçib. Yunanıstan və İspaniyada 60 faiz, Portuqaliya və Italiyada isə 40 faiz gənc işsizdir.
Xatırladaq ki, ötən həftə bir araya gələn Avropa Birliyi liderləri gənc işsizliklə mübarizə məqsədilə 8 milyard avroluq büdcənin vaxtından əvvəl dövriyyəyə buraxılması barədə qərar qəbul ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB