Prezidentə kömək etdiyi üçün edam olundu

Prezidentə kömək etdiyi üçün edam olundu

Suriyalı müxaliflərin iyunun 23-də ölkədə olan katolik rahibin başını kəsərək edam etməsilə bağlı görüntüləri Avropanı "ayağa qaldırıb". SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Vatikan tərəfindən hadisəyə etiraz edilib və baş verən edamın "vəhşilik" olduğu bildirilib.

İnternetə yüklənən video görüntüdə rahibin gözlərinin bağlanıldıqdan sonra edam olunduğu əks olunub. Rahibin isə 49 yaşlı Francois Murad olduğu bildirilib.

Qeyd edək ki, Murad Bəşər Əsədə kömək etməkdə günahlandırıldığı üçün edam olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə