Pakistanda bir günlük matəm elan olunub

Pakistanda bir günlük matəm elan olunub

Pakistanın Bəlucistan əyalətinin paytaxtı Kətta şəhərində şiələrə qarşı edilən hücumda ölənlərin sayının artdığı bildirilir. SİA-nın Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, hücum nəticəsində yaralanan iki nəfərin ölümü ilə həlak olanların sayı 30-a çatıb. Pakistan hökumətinin səlahiyyətli məmuru Şezad Fərhad partlayış nəticəsində yaralanmış 60 nəfərin vəziyyətinin ağır olduğu bildirib.

Qeyd edək ki, şəhərdə baş verən faciə ilə əlaqədar bir günlük matəm elan olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə