Xorvatiya AB-nin 28-ci üzvü oldu

Xorvatiya AB-nin 28-ci üzvü oldu

Xorvatiyanın Avropa Birliyinin (AB) 28-ci üzvü olması bu gün paytaxt Zagrebin "Ban Yelaçiç" meydanında qeyd olunacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, tədbirdə Türkiyəni AB-də təmsil edən Egemen Bağış, 15 dövlətin prezidenti, 13 baş nazir, 170 ölkənin səlahiyyətli nümayəndələri iştirak edəcək.

Tədbirlə əlaqədar öncədən açıqlama verən Xorvatiyanın prezidenti İvo Yosipoviç bildirib ki, Xorvatiyanın AB-yə üzv olmasını ölkə tarixində yeni bir səhifə olaraq qiymətləndirir: "Bu gün yeni nəsillər üçün daha da təhlükəsiz və demokratik dövrün əsasını qoyuruq. Avropa millətimizin şəxsiyyətində əhəmiyyətli amildir. Yalnız coğrafi mövqeyimizə görə yox, paylaşdığımız ortaq dəyərlərimiz görə də Avropaya məxsusuq".

Bütün xəbərlər Facebook səhifəmizdə