Suriya İnsan Haqqları Təşkilatı (SNHR) Əsəd ordusunun ötən gün ölkənin müxtəlif şəhərlərində təşkil etdiyi hücumlarda 34 adamın öldüyünü bildirib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərkəzi Londonda yerləşən SNHR rejimin keçirdiyi əməliyyatlar nəticəsində paytaxt Şamda 13 nəfərin, Derada 7 nəfərin, Haseki və Hələbdə 4 nəfərin, Humusda 3 nəfərin, Həmada 2 nəfərin və Kuneytrada isə bir nəfərin həlak olduğunu açıqlayıb.
Məlumata əsasən Amude şəhərində isə müxaliflərə qarşı oddan istifadə olunub və nəticədə 100-dən çox insan ağır yanıq xəsarətləri alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB