“Erməni kafirləri” dedi və haqqında dava açıldı

“Erməni kafirləri” dedi və haqqında dava açıldı

Erməni sözünü alçaldıcı məqsədlə demək ilk dəfə cinayət hesab olunub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, İstanbul sakini Yusuf Polat əslən erməni olan Türkiyə vətəndaşı Levon Balcıoğluna və onun oğlu Artun Balcıoğluna "erməni kafirləri" deyib. Hadisə onların ortaq işlətdiyi özəl məktəbin yeməkxanasında baş verib. Erməni əsillilər bu ifadəni öz millətlərinə qarşı qəbul edilməz təhqir hesab edərək qarşı tərəfi məhkəməyə veriblər. İstanbul prokurorluğu şikayətcilərin iddiasına baxaraq qarşı tərəfi "alçaltma, təhqir və təhdid etmə" maddəsi ilə ittiham edib. Yusuf Poladın TCK-nın 125.1 və 216.2 maddələrinə əsasən 6 aydan 2 ilə qədər həbs olunması gözlənilir.

Qeyd edək ki, Türkiyədə ilk dəfə olaraq "erməni" kəlməsini təhqir məqsədi ilə işlədən şəxsə qarşı cinayət işi açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə