Yaponiya hökuməti Tokioya təhlükəsizlik məqsədiylə yerləşdirilən "Patriot" tipli raketlərin paytaxtdan uzaqlaşdırılmasına qərar verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ölkənin müdafiə naziri İtsunori Onodera Şimali Koreya tərəfindən ediləcək hücumlara cavab verilməsinin və "Patriot"ların paytaxta yerləşdirilməsinin qarşısının alındığını bildirib: ""Patriot"ların Tokioya gətirilməsi cari ilin aprel ayında Şimali Koreyadan bizə qarşı səsləndirilən hədələrlə bağlı idi. Qərar çərçivəsində paytaxtın bəzi ərazilərinə və Müdafiə Nazirliyinin tabeliyində olan ərazilərə raketlər yerləşdirilmişdi. İndi isə Şimali Koreyanın "Patriot" raketlərini Yapon dənizinin sahilindən geri çəkməsi və bizimlə dialoq qurmağa çalışması bu raketlərin Tokiodan uzaqlaşdırmağımızla nəticələndi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB