ABŞ, İngiltərə və NATO səlahiyyətlilərinin qatıldığı konfransda çıxış edən Gürcüstanın baş naziri Bidzina İvanişvili, Batum şəhərində təşkil edilən Müdafiə və Təhlükəsizlik Konfransında, Rusiyanın Gürcüstana qarşı irəli sürdüyü siyasətdən narahat olduğunu bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, çıxışında Rusiyanın Gürcüstana qarşı təcavüzkar niyyətli sərhəd pozuntularını geniş şəkildə şərh edən baş nazir Rusiya ilə istənilən dialoqu təmin etməkdə çətinlik çəkdiklərini diqqətə çatdırıb: "Nədənsə onlar səylərimizə və yaxşı niyyətimizə baxmayaraq, sərhədlərimizə mütamadi olaraq təcavüz edirlər. Biz belə bir vəziyyətlə əsla razılaşa bilmərik. Biz iki ölkə arasında münasibətləri normallaşdırmağa səy göstərdiymiz halda, qarşı tərəfdən bunun tam əksini müşahidə edirik".
Bununla yanaşı baş nazir çıxışı zamanı Gürcüstan – NATO əlaqələrinə də toxunub: "Gürcüstan və NATO əməkdaşlığı çox böyük əhəmiyyət kəsb edir. NATO müdafiə birliyi deyil, Avropa dəyərlərini Gürcüstana təqdim edən siyasi mexanizmdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB