Çinin Sincan Uyğur Muxtar Respublikasında ötən gün baş verən qarşıdurmada ölənlərin sayı artıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisədə yaralananlardan bəziləri həyatını itirib və nəticədə ölü sayı 35-ə çatıb. Çinin Kommunist Partiyasının nəşr orqanlarından biri olan "Global Times" qəzeti rəsmilərin bu barədə məlumat verdiyini bildirib.
Xatırladaq ki, ötən gün Sincan (Xinjiang) Uyğur Muxtar Vilayətinin Turfan şəhərində baş verən hadisədə 27 nəfər həlak olmuşdu. Bölgə səlahiyyətlilərinin məlumatına görə, qarşıdurmaya səbəb bir qrup vətəndaşın polis bölməsinə, yerli idarəetmə orqanının binasına və tikinti sahəsinə hücum etməsi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB