Prezident danışdı, xalq dinləmədi

Prezident danışdı, xalq dinləmədi

Misir prezidenti Məhəmməd Mursi 30 iyunda nümayişlərə hazırlaşan müxaliflərlə razılıq əldə etmək üçün 2 saat davam edən bir çağırışla çıxış edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Mursi çıxışında vəzifəyə gəldikdən sonra bəzi səhvlər etdiyini söyləyərək, yeni konstitusiya qəbul edəcəyinə və islahatlar aparacağına söz verib.

Lakin çağırış Mursi əleyhdarlarının qəzəbini "söndürə" bilməyib. Belə ki, prezidentin çıxışı zamanı on minlərlə insan Təhrir meydanına toplaşaraq Mursinin əleyhinə şüarlar səsləndiriblər. Meydana toplaşanlar daha sonra Mursiyə təhqir əlaməti olaraq ayaqqabılarını əllərinə alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə