PKK-çılar Türkiyə ərazisini tərk etməyə davam edirlər

PKK-çılar Türkiyə ərazisini tərk etməyə davam edirlər

Terrrorçu Kürdüstan Fəhlə Partiyasının (PKK) yaraqlıları Türkiyə ərazisini tərk etməyə davam edirlər. Bu barədə Türkiyənin Baş nazirinin müavini Bəkir Bozdağ bildirib.

Baş nazirin müavinin sözlərinə görə, bəzi KİV-də tez-tez PKK yaraqlılarının Türkiyə ərazisini tamamilə tərk etməsi barədə məlumatlar yayılır, lakin bu məlumatlar həqiqətə uyğun deyil.

Bozdağ bildirib: "Hazırda PKK yaraqlıları Türkiyə ərazisini tərk etmə prosesini davam etdirir. Onların neçə faizinin Türkiyəni tərk etməsi barədə məlumat vermək hələlik mümkün deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə