Çinin şimal-qərbində yerləşən Sincan (Xinjiang) Uyğur Muxtar Vilayətinin Turfan şəhərində baş verən hadisədə 27 nəfər həlak olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, qarşıdurma paytaxt Urumçidən 280 kilometr uzaqlıqda yerləşən Turfan şəhərində yaşanıb. Bölgə səlahiyyətlilərinin məlumatına görə, polis bölməsinə, yerli idarəetmə orqanının binasına və tikinti sahəsinə hücum edən qrup 9-u polis olmaqla 18 nəfəri öldürüb. Qarşıdurma nəticəsində isə polis qrup üzvlərindən 10 nəfəri öldürüb, 3 nəfəri isə həbs edib.
Qeyd edək ki, 2009-cu ildə Urumçidə baş verən etnik qarşıdurmada 200-ə yaxın insan ölüb, minlərlə insan müxtəlif xəsarətlər alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB