Müharibədə 100 min insan ölüb STATİSTİKA

Müharibədə 100 min insan ölüb STATİSTİKA

2011-ci ilin mart ayından ehtibarən Suriyada baş verən hadisələrdə 100 min insan həyatını itirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Suriya İnsan Haqqları Təşkilatı (SNHR) bu barədə məlumat yayıb. Məlumata görə, qeyd olunan tarixdən etibarən Əsəd rejiminin təşkil etdiyi əməliyyatlarda və ölkədə baş verən qarşıdurmalarda ölənlərin 5144-ü uşaq, 3300-ü qadın olub. Ölənlər arasında yer alan 2571 nəfərin şəxsiyyəti hələ müəyyən edilməyib.

100 mindən çox insanın Əsəd rejimi tərəfindən həbs olunduğunu bildirən təşkilatın məlumatına görə, 2500 əsgər müxalif qüvvələr tərəfindən əsir götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə